Top mərmiləri tapıldı

Top mərmiləri tapıldı
  01 Aprel 2015    Oxunub:1224
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu istifadəyə yararsız 1 ədəd 152 mm və 3 ədəd 122 mm top mərmisinin korpusudur. Sursat aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 09:14-də başa çatıb.


Teqlər:





Xəbər lenti