AZ EN RU
22 OKTYABR 2014 22-24° Bakı 11-16° Xankəndi 16-21° Xaçmaz 20-25° Bərdə 20-24° Lənkəran 20-25° Naxçıvan 20-25° Gəncə

Tibbi-Sosial Ekspertiza Mərkəzi ləğv edilir

Tarix 20.12.13, 14:32

Font ölçüsü : - / +


“Şəffaf fəaliyyət mexanizminin qurulmasının nazirlik qarşısında əsas vəzifələrdən biridir”

Dekabrın 19-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dünya Bankının ekspertlər qrupu ilə görüşündə ölkəmizdə tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi və əlilliyin təyinatı zamanı şəffaflıq prinsipinin təmin olunması üçün mütərəqqi dünya təcrübəsinə uyğun islahatlar proqramının müəyyən edilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda respublikada tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə cavab vermədiyini və əlillik təyinatlarının aparılması prosedurunda subyektiv yanaşmalara şərait yaratdığını qeyd edən Səlim Müslümov möhtərəm dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə şəffaf fəaliyyət mexanizminin qurulmasının nazirlik qarşısında əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, aparılacaq islahatlar ilk növbədə bu sistemin avtomatlaşdırılmasını, beləliklə, əlilliyin müəyyən olunması prosesində məmur-vətəndaş kontaktının aradan qaldırılmasını, tibbi-sosial ekspertiza xidmətində məqsədyönlü struktur dəyişikliklərini təmin etməlidir.

Görüşdə ayrı-ayrı dünya ölkələrinin uyğun sahədə təcrübələri və onların yerli şəraitdə tətbiqi imkanları nəzərdən keçirilib, səslənən təkliflərlə bağlı müzakirələr aparılıb. Əlillik qrupu almaq üçün əyani müraciət formasının aradan qaldırılması və vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi üçün onların xəstəlik tarixçələri barədə müvafiq orqanın elektron informasiya bazasından məlumat əldə olunması təklifi diqqətdə saxlanılıb.

Eyni zamanda, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin daha çox formal bir qurum kimi mövcud olduğu nəzərə alınmaqla, bu struktur vahidinin ləğv edilməsi və ilkin əlilliyin təyini zamanı mürəkkəb ekspertiza tələb edən halların araşdırılması üçün Respublika Əlillərin Bərpa Mərkəzi nəzdində müasir avadanlıqlarla təchiz edilmiş aidiyyatı sektorun yaradılması məqsədəuyğun sayılıb.

Sevinc İltifatqızı


Xəbərin oxunma sayı : 50


Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb




Rubrikanin digər yazıları

Şahin Mustafayevin işçiləri təltif edildi - Siyahı İlham Əliyev Ollanda başsağlığı verdi Seçkilərinin vaxtı açıqlandı - 23 dekabr Sarkisyan Əliyevlə görüşə hazırlaşır Çempion olduğunu deyən `bomj`la bağlı ilginc məlumatlar Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışladı Şeytan necə yaradıldı – ELMİ YANAŞMA Ramiz Mehdiyevin kitabının təqdimatı oldu Azərbaycanda reklam özbaşınalığı - qanun dəyişir Siqaret çəkənlərə pis xəbər - qiymətlər qalxır Bələdiyyələrin səlahiyyəti artırıldı - SƏRƏNCAM Prezident Daşkəsənə pul ayırdı Prezidentin 1 ili - RƏQƏMLƏR Bakıda “bomj”lıq edən Avropa çempionu – ÖZƏL VİDEO Putin, Obama və Olland Qarabağa çağırıldı Səfir Elman Abdullayev hələ də Bakıdadır Azərbaycana güclü yağış və qar yağıb İlham Əliyev: “Qadınlarımızın hüquqları bərpa olunmayıb” Əhəd Abıyev: “Prezident mənə xoş sözlər dedi” TƏHLÜKƏ: insanlar acından ölə bilər İlham Əliyev və xanımının vətəndaşlarla səmimi söhbəti Prezident xanımı ilə Gəncəni gəzdi - FOTOLAR İlham Əliyev: `İşsizlik demək olar ki, aradan götürülüb` Prezident Gəncədə açılışlar etdi - YENİLƏNİB - FOTOLAR Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri artırıldı Türkiyə üçün İŞİD tələsi – TƏHLİL Prezidentdən önəmli mesaj İlham Əliyev və birinci xanım Goranboyda - Yenilənib Bu gün Dövlət Müstəqilliyi Günüdür Putinin Qarabağ planı - müzakirə qızışacaq

XƏBƏR LENTİ

Sorğu

İŞİD-i Azərbaycan üçün təhlükə hesab edirsinizmi?
Bəli
Xeyir
İndi yox, amma gələcəkdə ola bilər
Radikal cərəyanlar bütün hallarda təhlükəlidir

  Nəticələr!    İştirak edənlər: 3031

MİSS-MEDİA

Ötən gün fotolarda

ŞƏRHSİZ

AFISA

ARXIV TƏQVİMİ