Təyyarəyə minən sərnişinlərin sayı açıqlanıb

Təyyarəyə minən sərnişinlərin sayı açıqlanıb
  22 Noyabr 2014    Oxunub:1426
Yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1,5 milyon və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, sərnişin daşınmasının 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus təyyarələrlə həyata keçirilib.

Bu nəqliyyat növü ilə daşınmış yüklərin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 99,3 min tona çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti