Təyyarədə qulaq ağrısından necə qurtulmaq olar? - Aktual

Təyyarədə qulaq ağrısından necə qurtulmaq olar? - Aktual
  30 İyul 2015    Oxunub:10100
Yay tətilinə gediş və dönüşdə hava yolundan istifadə etməyiniz qulağınızın sağlamlığı üçün bəzi risqlər doğura bilər. Xüsusilə də təyyarə qalxış və eniş edərkən qulaqlarda hiss edilən ağrı, bəzən səfərin, bəzən də bütün tətilin pis keçməsinə səbəb ola bilir.

Günlük həyatda hiss edilən açıq hava təzyiqi ilə yüksəkliyə qalxanda hiss edilən təzyiq arasında fərq mövcuddur. Təyyarə səfərlərində, yüksək nöqtələrə çox sürətli şəkildə yüksəliş baş verdiyi üçün, orqanizm bu təzyiq fərqinə uyğunlaşmaqda çətinlik çəkə bilir.

Yaşanılan təzyiq fərqi orqanizmin fərqli hissələrində də hiss edilməklə, ən diqqətə çarpan təsir qulaqlarda ortaya çıxır. Təyyarə səyahətlərində, əsasən qulaqdaxili təzyiq düşür və qulaq pərdəsi içəriyə doğru paraşut kimi çökür. Qulaq pərdəsindəki dartılma, çəkilmə həddən çox olduğu zamanlarda ağrı və da hiss edilir.

Qrip, zökəm, sinuzit, nəfəs yolları iltihab kimi səbəblərlə burun tıxanıqsa, qulaqlarda, təzyiq və ağrı daha çox hiss edilə bilər. Qulaqda hiss edilən ağrı və təzyiq bilinənin əksinə, burunun lazımi qaydada işləməməsindən qaynaqlanmaqdadır.

Burunun düzgün nəfəs ala bilmədiyi vəziyyətlərdə, orta qulaq boşluğuna kifayət qədər hava çatmadığı zaman, hava darlığı səbəbilə də təzyiq dəyişiminə uyğunluq daha gec baş verir.

Qulaq-burun-boğaz xəstəliklərinə meylli olan insanların təyyarə səyahətlərində daha diqqətli olmaları lazımdır. Səyahətə çıxacaqları günlər içində burun tıxanıqlığı, üst nəfəs yollarının iltihabı, səs qısıtlığı, boğaz ağrısı kimi şikayətləri olanların həkim ilə məsləhətləşməsini zəruri edir.

Səyahətdən əvvəl simptomlar çox şiddətli olmasa belə, hiss edilən ağrı və acılardan dolayı səfər bəzən işgəncəyə çevrilə bilər.

Qulaqlardakı tıxanıqlıq hissi ilə yaranan ağrını azaltmaq üçün, udqunmaqla yanaşı, çənə hərəkətlərinə də təsir edən saqqız çeynəmək səfər zamanı faydalı sayılır.

Saqqız çeynəmək ağrının və tıxanıqlıq hissinin aradan qaldırılmasında nə qədər faydalıdırsa, saqqızı şar kimi şişirtmək də eyni dərəcədə təhlükəli ola bilər.

Uşaqların təyyarə səfərləri boyunca davamlı şəkildə ağlamalarının altında bənzər səbəblər ola bilər. Uşağı ana südü içirsə əmizdirmək köməyə gələ bilər. Bir az daha böyük uşaqlarda isə böyüklərin istifadə etdiyi su içmək və saqqız çeynəmək kimi üsullar tətbiq oluna bilər.

Təyyarə səfəri bitdikdən sonra hiss edilən ağrılar adətən bir neçə saat içində aradan qalxır. 10-12 saat sakitləşməyən ağrıları isə artıq ciddiyə almaq lazımdır. Belə hallar yaşandığı təqdirdə bir qulaq burun boğaz mütəxəssisinə getmək lazımdır.

Aysel
AzVision.az


Teqlər:  





Xəbər lenti