Təyyarə ticarət mərkəzinə düşdü - Ölənlər var (Video)

Təyyarə ticarət mərkəzinə düşdü - Ölənlər var (Video)
  21 Fevral 2017    Oxunub:2275
Avstraliyanın Melburn şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ticarət mərkəzinin üzərinə düşüb.
AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində olan 5 nəfər ölüb. Onların ABŞ vətəndaşları olduğu ehtimal edilir.

Təyyarə yerə çırpılandan sonra güclü yanğın baş verib. Həmin vaxt ticarət mərkəzi bağlı olduğundan içəridə adam olmayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti