Təyyarə qəzasında ölənlər hərbçilər imiş

Təyyarə qəzasında ölənlər hərbçilər imiş
  24 Oktyabr 2016    Oxunub:1407
Maltada baş verən təyyarə qəzasında həlak olan 5 nəfər Fransa gömrük xidmətinin tapşırığı əsasında Liviyaya uçurmuş.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Fransanın müdafiə naziri Jan-İv Le Drian deyib.

Onun sözlərinə görə, təyyarə Fransa Müdafiə Nazirliyi üçün Aralıq dənizində müşahidə missiyası həyata keçirirdi. Uçuşun məqsədi Aralıq dənizində miqrasiya axınının monitorinqini aparmaq, həmçinin qanunsuz insan və narkotik vasitələrin daşınma marşrutlarını aşkarlamaq idi.

Təyyarədəki 5 nəfərin üçü Fransa Müdafiə Nazirliyinin əməkdaşı, ikisi isə təyyarənin sahibi CAE kompaniyasının nümayəndəsi olub.

Hazırda qəzanın başvermə səbəblərini müəyyən etmək üçün yerli hökumətlə birgə daxili təhqiqat aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti