Terrorçunun cəsədini morqdan oğurladılar

Terrorçunun cəsədini morqdan oğurladılar
  27 May 2016    Oxunub:1323
İnquşetiyanın paytaxtı Nazranda naməlum şəxslər morqa hücum edərək, ötən gün öldürülmüş terrorçunun cəsədini oğurlayıblar.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər mühafizə xidmətinin əməkdaşları ilə əlbəyaxa döyüşərək morqa daxil olublar.

Onlar hələlik kimliyi açıqlanmayan terrorçunun cəsədini oradan götürərək hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, dünən İnquşetiyada həyata keçirilmiş antiterror əməliyyatı zamanı beş terrorçu öldürülmüş, daha üç nəfər saxlanılmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti