Terrorçular daha bir şəhəri ələ keçirdi

Terrorçular daha bir şəhəri ələ keçirdi
  22 Avqust 2014    Oxunub:1945
Nigeriyanın şimal-şərqində “Boko Haram” radikal qruplaşmasının yaraqlıları Buni Yadi şəhərini ələ keçirib.
Bu barədə AzVision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

Artıq Nigeriya rəhbərliyi də bu faktı təsdiqləyib.

“Şəhərdə hərbçilər qalmayıb, küçələrdə yalnız qruplaşma üzvləri dolaşır” – deyə, ölkə rəsmisi bildirib. Onların sözlərinə görə, Buni Yadi əhalisi qonşu şəhərlərə keçməyə cəhd edirlər. Yaraqlılar isə ələ keçirilən sakinləri dərhal yerindəcə öldürür.

Qeyd edək ki, daha əvvəl “Boko Haram” yaraqlıları artıq Damboa və Quoza şəhərlərini ələ keçirib və həmin ərazidə şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq istəyirlər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti