Terror qurbanlarının iyul statistikası - İraqda

Terror qurbanlarının iyul statistikası - İraqda
  02 Avqust 2015    Oxunub:2194
İraqda iyul ayı ərzində 1332 iraqlı döyüşlərin və terror aktlarının qurbanı olub, 2108 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bu barədə BMT-nin İraqdakı missiyasının (UNAMI) hesabatında bildirilir.

Məlumata görə, ölənlərdən 27-si polis olmaqla, 844 nəfəri dinc sakindir. Qeyd olunan müddət ərzində azı 1616 nəfər yaralanıb, onlardan 38-i polis əməkdaşıdır. İyulda İraq təhlükəsizlik orqanlarının 488 əməkdaşı həlak olub, 492 nəfəri isə yaralanıb.

İyunda 1466 nəfər ölüb. Onlardan 665 nəfəri dinc sakin, 801 nəfəri isə güc strukturlarının əməkdaşlarıdır. Ötən ay 1032 dinc sakin və 600-dən çox hərbçi yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti