Ter-Petrosyan qiyamçıları dəstəklədi

Ter-Petrosyan qiyamçıları dəstəklədi
  23 İyul 2016    Oxunub:2776
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün çıxış edərək, xarici qıcıqlar qarşısında mövcud daxili problemləri bir kənara qoyaraq, polis bölməsinin binasını zəbt etmiş silahlı qrupöun nümayəndələri ilə danışıqları davam etdirməyin zəruriliyini qeyd edib.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ter-Petrosyanın fikrincə, hazırkı vəziyyətdə hakimiyyətin, partiyaların, ictimai təşkilatların, analitiklərin və KİV-in istənilən addımını və ya hərəkətini məhz bu başlıca vəzifənin yerinə yetirilməsinə dəstək mövqeyindən nəzərdən keçirmək lazımdır.

Lakin eks-prezidentin sözlərinə görə, bəzi şəxslər öz sözlərinin və hərəkətlərinin əhəmiyyətini qiymətləndirə bilmirlər. Ter-petrosyan bildirib ki, bu cür yanaşma milli faciəyə gətirib çıxara bilər.

O, istənilən yolla qan tökülməsindən qaçmağa, məsələni, necə mürəkkəb olursa olsun, danışıqlar yolu ilə həll etməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti