4 aydır bağlı olan eskalator açılır

4 aydır bağlı olan eskalator açılır
  09 Fevral 2016    Oxunub:1900
Ötən ilin oktyabrın 15-dən əsaslı təmirə dayandırılan "Nizami" metrostansiyasındakı 1 saylı eskalator sabahdan sərnişinlərin istifadəsində olacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, sözügedən eskalator 2015-ci ilin təmir planına uyğun olaraq təmirə dayanıb. Bakı metropolitenində tətbiq edilən təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.


Teqlər:  





Xəbər lenti