Telekanala silahlı hücum

Telekanala silahlı hücum
  30 Yanvar 2015    Oxunub:1375
Hollandiyada bir nəfər silahlı şəxs NOS telekanalına hücum edərək canlı yayım vasitəsilə çıxış etmək istəyib.
AzVision.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da telekanalın binasına hücum edən şəxs bir təhlükəsizlik işçisini girov götürüb. Silahlı şəxs canlı yayımın aparıldığı studiyaya yönəldilib. Fürsətdən istifadə olunaraq telekanalın binası tamamilə təxliyə olunub. Canlı yayım baş vermədən hadisə yerinə gələn polislər silahlı şəxsi həbs ediblər.

Prokurorluqdan verilən məlumatda telekanalın binasına hücum edən şəxsin 19 yaşlı Hollandiya vətəndaşı olduğu bildirilib. Hücumdan sonra telekanalın binasında təhlükəsizlik tədbirləri gücləndirilib.

NOS telekanalı silahlı şəxsin üzərində bir məktubun olduğunu bildirib. Məktubda hücum edən şəxsin tək olmadığı qeyd olunub. Televiziya kanalının internet saytında yerləşdirilən məktubda ölkənin müxtəlif yerlərinə partlayıcılar yerləşdirilməsi və həmçinin hakerlərin kiber hücum edəcəyinə dair ifadələr qeyd olunub.



Teqlər:  





Xəbər lenti