Tələbənin maşını yandı

Tələbənin maşını yandı
  31 Oktyabr 2014    Oxunub:1473
Tələbə, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kənd sakini Nazim Bəylər oğlu Mirzəyevə məxsus minik avtomobili yanıb.
Hadisə Ağdam rayonu Quzanlı qəsəbəsində qeydə alınıb.

AzVision.az El Tv-yə istinadən xəbər verir ki, Dövlət Sosial-İqtisad Kollecinin qarşısında saxlanılan “Chevrolet Niva” markalı avtomobil qəflətən alışıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib və alovun qarşısı alınıb.
İlkin ehtimala görə, yanğın avtomobildəki texniki nasazlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti