Tələbə oğlanın intiharında Şok təfərrüat

Tələbə oğlanın intiharında Şok təfərrüat
  30 İyun 2015    Oxunub:6598
“Ağalar imtahandan kəsildiyi üçün özünü öldürüb”
Yevlax rayon sakini Ağalarlı Ağalar Əflatun oğlunun bu gün Şəhidlər Xiyabanında intihar etməsi ilə bağlı xəbər vermişdik.

AzVision.az tələbənin intiharı ilə bağlı yeni təfərrüatlar əldə edib.

Yevlaxın Ələş kəndinin icra nümayəndəsi Knyaz Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, intihar edən gənc Texniki Universitetin ikinci kurs tələbəsi olub: “O, Energetika fakültəsinin 2-ci kursunda təhsil alırdı. 19 yaşında olan Ağlar atasını 7 il bundan öncə itirib. Anası isə müəllimə işləyir. Ağların özündən böyük olan qardaşı Fuad isə İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Bu intihardan sonra ailənin vəziyyəti çox ağırdır. Anası fəryad edir, oğlunun ölümünə dözə bilmir. Mərhum artıq dəfn olunub”.

İcra nümayəndəsi intiharın başvermə ehtimallarını da açıqlayıb. O, bildirib ki, A. Ağaların maddi çətinliyi olmayıb: “Ağların intiharı ilə bağlı yalnız bir ehtimal var. Bu da onun imtahanlarda kəsirinin olmasıdır. Hamı onun bu kəsirlərə görə intihar etdiyi fikirindədir. Ağalar çox qapalı bir uşaq idi. Çox danışan, deyib-gülən uşaq deyildi. Ailəsində heç bir problemi olmayıb. Dərdini, sevincini heç kəslə bölüşməzdi. Hadisə dünən olub. Otaq yoldaşları onun sevgiyə görə intihar etmədiyini deyirlər. Ehtimal ki, Ağalar kəsirlərinə görə canına qıyıb”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti