Tələbə oğlan ad günündə intihar etdi - Dəhşətli olay
“Samran ikinci kursda təhsil alırdı. O, çox normal ailədə böyüyüb. Bacısı da bu il universtetə qəbul olub. Anası evdar xanımdır. Atası isə Moskvada yaşayır. Ailədə hər şey qaydasında olub, maddi çətinlikləri olmayıb.
Dünən Samranın ad günü idi. Axşam dostları ilə kafedə ad gününü qeyd edib. Kefi də yaxşı olub. O, ad gününü qeyd edəndən sonra axşam evə gəlib. Anası və bacısı ilə söhbət edib. Sonra kompüterdə oyun oynayıb. Daha sonra anası və bacısı onunla sağollaşaraq yatıblar.
Anası səhər saat 5-də yuxudan ayılıb, görüb ki, oğlu yerində deyil. Bir az gözlədikdən sonra Samranı axtarıb. Onun meyiti asılmış halda həyətdə tövlədən tapılıb”.
Qohumunun sözlərinə görə, 18 yaşlı gəncin intihar etməsinin səbəbi ailəsinə də məlum deyil: “Samranın özünü asma səbəbi hələ də qaranlıq qalır. Onun ölümünə bir səbəb olmayıb axı? Dünən axşam ad günü məclisində içməyib ki, deyək içkinin təsirindən bu addımı atıb. Ailəsinə də onun intiharı müəmmalı qalıb”.
Şahanə Rəhimli
AzVision.az