Təhsil naziri cəbhə bölgəsində

Təhsil naziri cəbhə bölgəsində
  20 Oktyabr 2014    Oxunub:1214
Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər şəhərindəki Gənclər Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb.

Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti