Təhsil haqlarını artırmayın - Nazirlikdən tövsiyə

Təhsil haqlarını artırmayın - Nazirlikdən tövsiyə
  09 Oktyabr 2015    Oxunub:2997
“Təhsil haqları ilə bağlı dövlətin hər hansı tənzimləmə mexanizmi bu gün mövcud deyil”.
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, burada əsas məsələ rəqabət, tələb və təklif əsasında formalaşır:

“Təhsil Nazirliyi olaraq ali təhsil müəssisələrinə tövsiyəmiz ondan ibarətdir ki, tələbələr üçün daha geniş təhsil imkanları yaratmaq baxımından təhsil haqlarını yüksək etməsinlər. Ödənişli əsaslarla təhsil aparan müəssisələr də dövlət tərəfindən tənzimlənən təhsil haqqını yüksək etməməlidir. Təbii ki, Təhsil Nazirliyi olaraq biz bunu tələb yox, ancaq tövsiyə edə bilərik”.

O, qeyd edib ki, ölkədə təhsilin hamısı ödənişlidir: “ Sadəcə, dövlət sifarişi ilə yüksək nəticələr əldə edən tələbələrin ödənişi dövlət tərəfindən tənzimlənir. Dövlət tərəfindən ödənilən təhsil haqlarının qiymətləri tənzimlənir, qiymətlər hökumətin müvafiq qərarına əsasən ixtisas və ali təhsil müəssisələrindən asılı olaraq formalaşdırılır. Bunu da tələbə və onun ailəsi hiss etmir ki, bunu dövlət ödəyir. Tələbələrin öz vəsaitləri hesabına ödədikləri təhsil haqlarına gəlincə, bugünkü mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali təhsil müəssisələri tərəfindən müəyyən edilir”.


Teqlər:  





Xəbər lenti