Gəncədə “CinemaPlus” kinoteatrının aşılışı keçirilib - VİDEO

Gəncədə “CinemaPlus” kinoteatrının aşılışı keçirilib - VİDEO
  03 May 2016    Oxunub:2436
Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrının möhtəşəm açılışı baş tutdu. Məhz bu gün üçün kinoteatr xüsusi dekorasiya ilə bəzədilmişdir.
“CinemaPlus” açılış tədbirinə Bakıdan KİV nümayəndələri, bloqerlər, tanınmış simalar və biznes tərəfdaşları üçün, üzərində kinoteatr reklam ilə bəzədilmiş avtobuslarda tur təşkil etmişdir.

Tədbirdə iştirak edənlər Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və millət vəkili Naqif Həmzəyev açılış nitqi ilə hamını salamlamış və təbrik etmişdilər. Onlardan başqa “CinemaPlus” kinoteatrının repertuar üzrə direktoru Faik Kazımov və layihə rəhbəri Fəhrim Quluzadə də cıxış ediblər.

Xatirladaq ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır.

Rəsmi hissədən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Bakı Media Mərkəzi”-nin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” filmləri izlənilib.

Foyedə qonaqlara xüsusi Amerika istehsalı olan pop-korn və sərin içkilər verilib.

Tədbirin növbəti hissəsi “Cinema Distribution” şirkətinin təqdim etdiyi “Ekipaj” və “Diverqent 3” filmlərinin nümayişi ilə davam etdi.

Gəncə şəhərində “CinemaPlus” kinoteatrının inşasını “UM Group” şirkəti həyata keçirib. Əsas tərəfdaşlarından biri isə beynəlxalq keyfiyyətə nəzarət sahəsində lider sayılan “İntertek” şirkəti idi.

Qeyd edək ki, dünyada 44 ölkədə 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti “CinemaPlus” kinoteatrının da dizayn işlərini tam olaraq görmüşdür.

“CinemaPlus” ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. 461 yerdən və 5 zaldan ibarətdir.

Bundan əlavə, “CinemaPlus” kinoteatrı Master İmage 3D texnologiyası ilə tətbiq olunur.

Kinoteatr, “Xəmsə Park” Ticarət Mərkəzi, Gəncə Bulvarın yaxınlıgındakı Nizami küçəsi 8 ünvanın 4-cü mərtəbəsində yerləşir.





Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti