Təhsil Nazirliyi Nazirlər Kabinetinə müraciət etdi

Təhsil Nazirliyi Nazirlər Kabinetinə müraciət etdi
  20 Aprel 2015    Oxunub:1895
Azərbaycan Təhsil Nazirliyi regionlardakı müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsinin keçirilməsi təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. Hazırda region müəllimlərinin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə hökumət tərəfindən baxılır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Bakıda ali, orta ixtisas təhsili və ümumtəhsil müəssisələrində tədris müddətinin mayın sonunda başa çatdırılması əvvəlcədən planlaşdırılmış addım idi.

M.Cabbarov qeyd edib ki, "Son zəng"in keçirilməsi ilə bağlı ümumtəhsil müəssisələrinə əmr verilir: "Bu il də bununla bağlı əmr imzalanacaq və orada bütün məsələlər öz əksini tapacaq".

Nazir həmçinin azərbaycanlı gəncləri xaricdə təhsilə cəlb edən müəyyən şirkətlərlə bağlı da açıqlama verib:

“Bir müddət öncə Təhsil Nazirliyinin yaydığı açıqlama Azərbaycanda fəaliyyət göstərən və pullu xidmət kimi xaricdə təhsili təklif edən şirkətlərlə bağlıdır. Açıqlamanın məqsədi ondan ibarət idi ki, 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramına qəbul aparmaq üçün Təhsil Nazirliyi heç bir şirkətlə əməkdaşlıq həyata keçirmir. Çünki bəzi hallarda sui-istifadə hallarına yol verilir, bəzi qurumlar və şəxslər bunu fərdi şəkildə təklif edir. Bu baxımdan biz faydalı hesab etdik ki, vətəndaşların diqqətinə bu məsələni çatdıraq”.



Teqlər:  





Xəbər lenti