Təcili Yardım Stansiyasının zirzəmisi yandı - bomj öldü

Təcili Yardım Stansiyasının zirzəmisi yandı - bomj öldü
  24 Yanvar 2015    Oxunub:1865
Bakıda Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanmış meyit aşkarlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanvarın 23-də saat 09 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanğın baş verib.

Nəticədə 1,5 kvm sahədə olan əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada daimi yaşayış yeri olmayan Arif Rəhimovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti