Tarixdə ilk dəfə müsəlman Londonun meri seçildi

Tarixdə ilk dəfə müsəlman Londonun meri seçildi
  07 May 2016    Oxunub:4659
Leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan London meri seçilib.
O, tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub.

Milliyətcə pakistanlı olan 46 yaşlı Sadiq Xan fəhlə ailəsindən çıxıb, onun atası avtobus sürücüsü olub. 8 uşaqlı ailə London ətrafındakı sosial mənzildə yaşayıb. Xan insan haqları sahəsində ixtisaslaşmış hüquqşünasdır.

2013 və 2015-ci illərdə Xan Böyük Britaniyada "ilin hüquqşunası" seçilib. Onun həyat yoldaşı Sədiyə Əhməd də hüquq müdafiəçisidir.

Cütlüyün iki uşağı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti