Tanınmış vəkil həmkarını məhkəməyə verdi

Tanınmış vəkil həmkarını məhkəməyə verdi
  13 Fevral 2016    Oxunub:1847
Vəkil Adəm Məmmədov həmkarı Elçin Sadıqovu məhkəməyə verib.
AzVision.az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkədə məlumat verib.

A. Məmmədov qeyd edib ki, artıq məsələ ilə bağlı Göygöl rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib:

“Cavadeh vəkil Sadıqov Elçin Əli oğlu tərəfindən şəxsiyyətim və fəaliyyətim barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yalan məlumatlar kimi tanınması, həmin məlumatların KİV-də və internet portalları vasitəsi ilə təkzib olunması, cavabdeh Sadıqov Elçin Əli oğlunun üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq 1 (bir) manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsi haqqında Göygöl rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim”.

AzVision.az


Teqlər:





Xəbər lenti