Tanınmış ürək cərrahı - deputata nə sualın var? – SAYTIN QONAĞI

Tanınmış ürək cərrahı - deputata  nə sualın var? – SAYTIN QONAĞI
  19 Fevral 2016    Oxunub:43658
“Saytın qonağı” - AzVision.az saytının ən məşhur və sevilən rubrikalarından biridir.

Bu rubrukada oxucularımıza rəsmi şəxslərə sual ünvanlamaq imkanı yaradırıq. Onlar suallara videoformatda cavab verirlər.

Saytımızın növbəti qonağı millət vəkili, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudovdur.

Ona sualı olanlar soruşmaq istədiklərini aşağıda, şərh bölümündə yaza blərlər.

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1997-2003-cü illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.
1997-2002-ci illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində cərrah kimi çalışıb. Sonra Şifa Xəstəxanalar Qrupunda, İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı işləyib.
2005-ci ildən Bakıda Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir. 8000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparıb.
“Tərəqqi” medalı və “əməkdar həkim” fəxri adı var.
2015-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilib.



Teqlər:  





Xəbər lenti