Tanınmış türkoloq vəfat etdi

Tanınmış türkoloq vəfat etdi
  27 Mart 2015    Oxunub:2147
Görkəmli türkoloq alim, filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadə martın 26-da vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə "Azadlıq" qəzeti məlumat yayıb.

O, İslamaqədərki Azərbaycan mədəniyyəti (şumer mədəniyyəti), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və əsasən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətəri, dünya dinlərinin mənşəyi və təsir dairələri, ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə ömrünün sonunadək məşğul olub.

Görkəmli alim "Avesta" Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir", "Azərbaycan dilinin tarixi", "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)", "Qədim dünyamızın ulu kitabı" "Azərbaycanşünaslığa giriş" və başqa çoxsaylı elmi əsərlərin müəllifidir.

Elməddin Məhəmməd oğlu Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. Ömrünün sonuna kimi AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda işləyib.


Teqlər:





Xəbər lenti