Tanınmış prodüser qarət olundu

Tanınmış prodüser qarət olundu
  03 Sentyabr 2015    Oxunub:1739
Abşeron rayonunda evdən pul və qızıl oğurlamış şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Roland Bayramovun evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlamış Masazır qəsəbə sakini Aysel Abdullayeva tutulub.

Qeyd edək ki, R.Bayramov tanınmış prodüserdir və bir sıra müğənnilərlə işləyib.


Teqlər:





Xəbər lenti