Tanınmış diktor iş başında vəfat etdi

Tanınmış diktor iş başında vəfat etdi
  25 İyun 2016    Oxunub:4865
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin diktoru iş başında dünyasını dəyişib.
AzVision.az Ans-ə istinadən xəbər verir ki, tanınmış diktor Bəxtiyar Şərifzadənin ötən gün axşam saatlarında iş başında qəfildən halı pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Lakin 55 yaşlı diktoru xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, ölümə səbəb ürək tutması olub.

Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində də iştirak edib.

Bəxtiyar Şərifzadə Azərbaycan Dövlət Radiosunun 25 ildən artıq xidmət edib. 1988-cı ildən bəri radioda diktorluq edib.

Mərhum bu gün dəfn ediləcək. Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:  





Xəbər lenti