Talış zonası Mübariz Qurbanlıdan nə istədi?

Talış zonası Mübariz Qurbanlıdan nə istədi?
  25 Noyabr 2014    Oxunub:2000
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan 40-a yaxın vətəndaşı qəbul edib.
Komitədən AzVision.az-a verilən məlumata görə, müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, Bakı İslam Universitetinin Lənkəran filialının fəaliyyətinin bərpası, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

Komitə sədri M.Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti