Taleh Şahsuvarlıdan Emin Milliyə tərs şapalaq

Taleh Şahsuvarlıdan Emin Milliyə tərs şapalaq
  27 Noyabr 2014    Oxunub:2956
Meydan TV-nin təsisçisi Emin Milli facebookda yazdığı statusunda ermənilərlə görüşənlərə və işbirliyində olanlara haqq qazandırmağa çalışıb. Və belə bir absurd arqument gətirib ki, əgər ermənilərlə görüşmək və eyni layihədə işləmək cinayətdirsə, “onda Sarkisyanla tez-tez gorüşən İlham Əliyevi cəzalandırmaq lazımdır”.

- Bu adam bu qədərmi gerizəkalıdır? – deyə “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru Taleh Şahsuvarlı yazdığı statusda sual edib. Və iki əks-arqument gətirib:

1) İlham Əliyev Azərbaycan Respublikasının prezidentidir. Azərbaycan dövlətinin və xalqının adından danışmaq səlahiyyətinə malik yeganə şəxs prezidentdir.

2) Ermənilərlə görüşmək, onlarla bir layihədə işləmək yox, bilərəkdən, yaxud bilməyərəkdən, naşılıqdan Ermənistanın maraqlarına xidmət etmək mənəvi və hüqiqi məsuliyyət yaradır.

Daha sonra T.Şahsuvarlı Emin Millinin "Cəmiyyət bir erməni helikopterinin vurulmasında orqazm keçirdir" cümləsinə çox sərt münasibət bildirib:

- Siz bunun Azərbaycanın hava sərhədini pozan, Azərbaycan torpaqlarında təlim keçən düşmən helikopterinin vurulmasına, nəticədə Azərbaycan cəmiyyətində yaranan fərəh hissinə yanaşmasına bir baxın... Emin Millinin Azərbaycan ordusuna nifrəti və işlətdiyi "orqazm" ifadəsi onun bilincaltını ələ verir. Bunun üçün Wilhelm Reich-in "Faşizmin Kitle Psikolojisi" əsərini oxumaq və digər çalışmaları haqqında məlumatlı olmaq lazımdır. Emin Millinin kirayəyə verdiyi evində təşkil edilən orqiyaları unutmamaq şərti ilə. O zaman təxmin etmək çətin olmayacaq Emin Milli demokrat kamuflyajına bürünmüş potensial faşistdir- faşizmin bilincaltında məhz orqazm problemi dayanırdı.

Şef-redaktorun fikrincə, bu statusu Emin Millinin "katarsisi", yəni "həbs edilmiş duyğularının üzə çıxması" kimi qarşılamaq lazımdır. Onun kataksisi, yəni rahatlanması isə mümkünsüzdür ona görə ki, o heç zaman əsgər, zabit, general olmaq şərəfini hiss etməyəcək. Hətta bunu təqlid də edə bilməyəcək.


Teqlər:





Xəbər lenti