Tacir Şahmalıoğlunun qardaşının cəsədi tapıldı

Tacir Şahmalıoğlunun qardaşının cəsədi tapıldı
  03 Avqust 2015    Oxunub:3341
Tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması haqqında xəbər vermişdik.
AzVision.az ölkə.az-a istinadən xəbər verir ki, 36 yaşlı Mahir Allahverdiyevin cəsədi bu gün tapılıb.

Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.


Teqlər:





Xəbər lenti