TQDK sədri videokonfrans keçirəcək

TQDK sədri videokonfrans keçirəcək
  30 İyul 2015    Oxunub:2188
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 31-də abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlayacaq.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn formada iştirak edə bilərlər.
Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər.

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi ev 1.
Mingəçevir şəhəri: Vəli Hüseynov küç. 4
Lənkəran şəhəri: Heydər Əliyev 1
Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4 mkr
Şəki şəhəri : M.Ə.Rəsulzadə 156 A
Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi 1
Şərur şəhəri: Heydər Əliyev prospekti 37A

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı onları maraqlandıran suallar da cavablandırılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti