TQDK nəticələri açıqladı

TQDK nəticələri açıqladı
  22 Avqust 2014    Oxunub:1560
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 21-də saat 18:20-dən etibarən rezidenturanın boş qalan plan yerlərinə elan olunmuş müsabiqənin nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, namizədlər nəticələrini TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə iştirak etmək üçün 132 namizəd ərizə təqdim edib.

Qəbul olan şəxslər tələb olunan sənədləri (iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti) avqustun 25-dən 26-dək olan müddətdə müvafiq quruma - Azərbaycan Tibb Universitetinə və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinin tibb fakultəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından çıxarılacaqdır.


Teqlər:





Xəbər lenti