TQDK müsabiqə elan etdi

TQDK müsabiqə elan etdi
  29 May 2015    Oxunub:1575
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) KİV nümayəndələri arasında müsabiqə elan edib.
TQDK Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında Komissiyanın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə və ən yaxşı televiziya süjeti müsabiqəsini keçirir.

Komissiyadan AzVision.az-a verilən məlumata görə, müsabiqə 2 nominasiya üzrə aparılır:

1. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə.

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə bu məbləğlərdə mükafat təqdim olunacaq:

I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyulun 10-dək yazılı və ya elektron KİV-də dərc olunan (yerləşdirilən) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.

2. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı.

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli süjetlərə üstünlük veriləcəkdir. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:

I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyulun 10-dək televiziya və ya radioda yayımlanan materialın video diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir.


Teqlər:





Xəbər lenti