TQDK köçür

TQDK köçür
  18 Dekabr 2014    Oxunub:1515
Qəzalı durumda olan Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının inzibati binasında aparılacaq söküntü ilə əlaqədar olaraq köçürülmə işləri yekunlaşmaq üzrədir.
Bu barədə AzVision.az-a TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O, bildirib ki, hazırda söküntü işləri başlanmayıb. Onun sözlərinə görə, TQDK-nın inzibati binasının yeri dəyişdirilməyəcək və yeni bina həmin ərazidə tikiləcək.

E. Nağızadə qeyd edib ki, söküntü və tikinti işləri 2015-ci il ərzində aparılacaq:

“Hələ ki, söküntü işləri başlamayıb. Köçmə işləri ilə məşğuluq. Köçməyimiz yekunlaşmaq üzrədir. Köçmə yekunlaşdıqdan sonra 2015-ci ildən söküntü işləri başlayacaq. Və yeni binanın tikintisinin nə vaxt sona çatacağı bilinmir”-deyə, TQDK sədri qeyd edib.

E. Nağızadə Komissiyasnın yeni binasının mətbuatda yayılan şəkilinə də münasibət bildirib: “TQDK-nın yeni binasının layihəsi kimi təqdim olunan şəkil düzgün deyil. Layihənin şəkili hələ ki, bizdə yoxdur”.

Qeyd edək ki, son illərdə komissiyanın səlahiyyətlərinin artırılması, bununla əlaqədar görülən işlərin həcminin, eləcə də əməkdaşların sayının artması ilə nəticələnib. TQDK-nın akademik Həsən Əliyev, 17 ünvanında yerləşən inzibati binasında müasir tipli mətbəənin quraşdırılması ilə bağlı ilkin hazırlıq işləri görülərkən bu binanın qəzalı vəziyyətdə olması müəyyənləşib.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:





Xəbər lenti