TQDK hara köçürüləcək?

TQDK hara köçürüləcək?
  20 Noyabr 2014    Oxunub:2006
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün yeni bina tikiləcək. Lent.az-ın əldə etdiyi məlumata görə, Komissiyanın yeni binası TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcək.

Belə ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.

Yeni bina tikilənə qədər isə TQDK Patamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.


Teqlər:  





Xəbər lenti