TQDK abituryentlərə xəbərdarlıq etdi

TQDK abituryentlərə xəbərdarlıq etdi
  27 İyul 2016    Oxunub:1978
27 iyul saat 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib.
Tələbə Qəbulu üzrə Dövlət komissiyasından (TQDK) AzVision.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti