TQDK 771 müəllimə təşəkkür etdi

TQDK 771 müəllimə təşəkkür etdi
  25 Noyabr 2014    Oxunub:1428
TQDK-nın qəbul imtahanlarında nümunəvi iştirakına görə 771 müəllimə təşəkkür edilib.
AzVision.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. O vurğulayıb ki, imtahanlar TQDK-da tərəfindən təşkil olunsa da onlara nəzarət ictimaiyyətin öhdəsinə verilib və nəzarətçi müəllimlər kənardan dəvət olunub:

“Həmin müəllimlərlə ciddi iş aparılıb və onlara təlimlər keçirilib. İmtahanlarda iştirak edən nəzarətçi müəllimlərdən 26 nəfərinə “Fəxri fərman” verilib. 263 nəzarətçi müəllim isə köçürmə və digər xətalara yol verdiyinə görə bazadan xaric olunub”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti