TQDK-dan jurnalistlərə müraciət
Qeydiyyatdan keçmiş bakalavrlar 18 aprel 2014-cü il tarixindən başlayaraq TQDK nın internet saytında müvafiq səhifəyə (https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:
1) şəxsiyyətlərini təsdiq edən sənədi;
2) “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
3) özlərinin dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda).
Komissiyasadan onu da qeyd ediblər ki, bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir.
Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.
Jurnalistika üzrə qabiliyyət imtahanı haqqında məlumat və imtahana hazırlaşmaq üçün ədəbiyyat (mənbə) siyahısı 3 aprel 2014-cü il tarixində TQDK-nın internet saytında (https://azvision.az/redirect.php?url=http://www.tqdk.gov.az/news/master/412/) yerləşdirilib və qabiliyyət imtahanına qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılıb.
Sevinc İltifatqızı