TQDK-dan abituriyentlərə müraciət

TQDK-dan abituriyentlərə müraciət
  25 May 2016    Oxunub:1293
Ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzVision.az-a verilən məlumata görə, musiqi sənəti istiqamətinin qarmon aləti üzrə sənəd verən abituriyentlər qabiliyyət imtahanında bir etüd, iki müxtəlif xarakterli pyes, muğam ifa etməlidirlər.

Qabiliyyət imtahanında abituriyent proqramı ifa etməli və ifaçılıq qabiliyyətini nümayiş etdirməlidir. İfa edilən proqramın ümumi səslənmə müddəti 15-20 dəqiqə olmalıdır. Əsərlər mütləq fortepiano alətinin müşayiəti ilə ifa olunmalı və abituriyent ifa edəcəyi əsərlərin notlarını imtahana gətirməlidir.

Abituriyentlər təxmini repertuar üçün TQDK-nın cari ildə hazırladığı musiqi sənəti vəsaitində tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin qarmon aləti üzrə verilmiş repertuara baxa bilərlər. Vəsaiti TQDK-nın saytından elektron formada əldə etmək mümkündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti