TQDK-da Apellyasiya Komissiyası yaradılıb

TQDK-da Apellyasiya Komissiyası yaradılıb
  29 İyul 2016    Oxunub:1264
2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının iyulun 29-da keçirilmiş ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb.
TQDK-dan AzVision.az -a verilən xəbərə görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Namizədlər Apellyasiya Komissiyasına 1 və 2 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti