Susuz iranlılar Xəzərin suyunu içəcək

Susuz iranlılar Xəzərin suyunu içəcək
  31 Oktyabr 2014    Oxunub:1452
İran Xəzər dənizindən ölkənin susuz ərazilərinə su çəkməyi planlaşdırır.

AzVision.az-ın məlumatına görə, bu barədə İRNA agentliyinə müsahibəsində İran məclisinin sosial komissiyasının sədri Abdrzza Əzizi bildirib.

Onun sözlərinə görə, ölkənin bir sıra rayonlarında su çatışmazlığı məsələsinə çoxdan vaxt ayırmaq lazım idi. Məhz bu halda problem belə genişmiqyaslara qədər böyüməzdi. Xoşbəxtlikdən hazırkı İran hökuməti bu problemə böyük diqqət ayırır. Su çatışmazlığının aradan qaldırılması üçün bir sıra variantlar var: Xaricdən suyun alınması, Oman, Körfəz və Xəzər dənizindən suyun həmin susuz ərazilər çatdırılması,süni yağışların yağdırılması.

Əzizinin sözlərinə görə, müvafiq araşdırmalardan sonra ölkə prezidentinə baxılması üçün “Xəzər dənizindən Məşhəd şəhərinə suyun aparılması üçün layihə” təqdim edib. Layihə Gülüstan, Semnan, Şimali Xorasan və Xorasan Rezavi vilayətlərini əhatə edəcək. Layihənin həyata keçirilməsi planlaşdırılan ərazidə 10-15 milyon insan yaşayır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti