Sürücülərin nəzərinə - bu yollardan keçməyin
Bu gün səhər saatlarından paytaxtda “Bakı Marafonu-2016”nın keçirilməsi ilə əlaqədar marafonun keçəcəyi bütün küçə və prospektlər üzrə kəsişən yollardan avtomobillərin hərəkət istiqaməti qısa müddətdə dəyişdiriləcək. Marafon iştirakçılarından sonuncusu həmin ərazini keçdikdən sonra hərəkət tənzimlənəcək.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Bakı Marafonu-2016” keçiriləcək. Xeyriyyə məqsədilə təşkil edilən Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr məsafə qət edilməklə Bakı Olimpiya Stadionunda başa çatacaq.
AzVision.az
Teqlər: