Sürücülərə şad xəbər - yollar açılır

Sürücülərə şad xəbər - yollar açılır
  27 Aprel 2015    Oxunub:1589
Yaxın günlərdə daha iki küçə təmirdən sonra sürücülərin ixtiyarına veriləcək.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ACS tərəfindən küçə və prospektlərdə nəqliyat vasitələrinin maneəsiz və rahat hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir. AzVision.az xəbər verir ki, keçirilən kompleks tədbirlər nəticəsində paytaxtın daha iki küçəsində aparılan təmir-tikinti işləri yaxın günlərdə yekunlaşacaq. Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən 1.7 kilometrlik ərazisində təmir işləri davam etdirilir. Sözügedən ərazidə köhnə asfalt-beton qatının üst hissəsi frez maşını ilə qaşınaraq ərazidən daşınıb, yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol boyu səki daşlarının yenilənməsi işlərinə də başlanılıb. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyat vasitələrinin rahat və maneəsiz hərəkləti üçün kompleks tədbirlər həyata keçirilir. Ümumi uzunluğu 820 metr olan küçənin 3200 kvadrat metr sahəsində əsaslı təmir-tikinti işləri aparılır, 7800 kvadrat metr sahədə isə orta təmir işləri həyata keçirilir. Küçə boyu səki daşlarının 80 faizi yenisi ilə əvəzlənir. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir. Metronun Elmlər Akademiyası stansiyasının Bakı Dövlət Universitetinin qarşısındakı yeni çıxışlarının ətrafinda qazma və dolğu işləri asfaltın alt layına qədər təmin olunub.

Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində aparılan kompleks tədbirlərin vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin lazımi sayda texnika və canlı qüvvəsi səfərbər olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti