Suriyaya gedən 7 nəfər tutuldu

Suriyaya gedən 7 nəfər tutuldu
  20 Oktyabr 2014    Oxunub:1767
Türkiyə sərhəddində Suriyaya keçərək İŞİD-ə qoşulmaq istəyən 7 nəfər saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kilis şəhərinin Əlbəyli qəsəbəsinin Çanqallı kəndinin sərhəd xəttindən naqillərin üstündən aşaraq Suriyaya keçməyə çalışanları sərhəd xidmətinin əməkdaşları görüb. Onlar saxlanılaraq jandarmaya aparılıb və şəxsiyyətləri müəyyən olunub.

İŞİD-ə qoşulmaq istəyənlərdən 3-ü rus, 1-i Tunis, 1-i Çin, 1-i Səudiyyə Ərəbistanı və sonuncusu isə tacik əsillidir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti