Suriyanın adı dəyişdirilir

Suriyanın adı dəyişdirilir
  26 May 2016    Oxunub:3827
Bir müddətdir müzakirə edilən Suriyanın yeni konstitusiya layihəsinin Rusiya tərəfindən tamamlandığı və tərəflərə təqdim edildiyi iddia edilir. Yeni konstitusiya ilə birlikdə Bəşər Əsədin səlahiyyətləri azaldılır və hakimiyyət gücü Nazirlər Kabinetinin xeyrinə yenidən qurulur.
Bu barədə Livanda fəaliyyət göstərən Əl Əhbər qəzeti məlumat yayıb.

Rusiya tərəfindən hazırlanan qanun layihəsində diqqət çəkən digər məqamlar da var. Konsitutsiyanın ilk maddələrində Suriya Ərəb Respublikası adı dəyişdirilərək Suriya Respublikası ilə əvəz edilir. Bir başqa ifadə ilə hazırkı konstitusiyaya hakim olduğu bildirilən "sosialist və milliyyətçi" dil dəyişir.

Eləcə də Konstitusiya andındakı, "sosial ədalət və ərəb millətinin birliyi üçün çalışmaq" hissəsi də ləğv edilərək, onun yerinə "Sərbəst iqtisadiyyat" və "vətənpərvərlik" terminləri yer alır.

Yeni konsitutsiya ilə birlikdə rəsmi dil ərəb dili ilə yanaşı əyalətlərdə yaşayan etnik azlıqların dillərinin də istifadəsi qanuni olaraq qüvvəyə minir. ABŞ və Rusiyanın birlikdə hazırladığı qanun kostitusiya layihəsinin avqusta qədər tamamlanması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti