Suraxanıda bir gecədə 3 maşın yandı

Suraxanıda bir gecədə 3 maşın yandı
  03 İyul 2015    Oxunub:2936
Bu gecə Bakının Suraxanı rayonunda üç avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Digər bir halda isə Suraxanı rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilin mühərrik hissəsi yanıb.

Üçüncü hadisə də elə Suraxanıda baş verib – rayonun ərazisində vətəndaşa məxsus “PRADO” markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb.

Qeyd edək ki, hər üç hadisə gecə saatlarında baş verib.


Teqlər:  





Xəbər lenti