Suranın tanışı da özünü öldürdü - TƏFƏRRÜAT

Suranın tanışı da özünü öldürdü - TƏFƏRRÜAT
  28 Avqust 2014    Oxunub:4731
Qafqaz Universitetinin tələbəsi olan və bir neçə gün öncə intihar edən müğənni Sura Əsgərlinin qrup yoldaşı da faciəvi şəkildə ölüb.
AzVision.az xəbər verir ki, universitetin rektorluğu Amil Əsgərovun və Sura Əsgərlinin vəfati ilə bağlı başsağlığı verib:

"Dəyərli iki tələbəmiz - Amil Əsgərovun və Sura Əsgərlinin faciəvi vəfatı xəbərini böyük təəsürlə duyurur, Qafqaz ailəsinə dərin hüzünlə başsağlığı, mərhum tələbələrimizin ailələrinə və sevənlərinə səbr diləyirik.

Allah rəhmət eləsin!"

***

AzVision.az xəbər veri ki, universitetin 5-ci kurs tələbəsi 21 yaşlı Əsgərov Amil Vüqar oğlunun avqustun 24-də Lənkəranda çimərlikdə olarkən suda boğulduğu bildirilir.

Hər iki tələbənin naməlum şəraitdə ölməsi bu iki faciəvi olay arasında bağlılığın olmasını sadəcə ehtimal edir.

AzVision.az








Teqlər:  





Xəbər lenti