Suranın ölümündə yeni fakt - tələbə yoldaşı danışdı

Suranın ölümündə yeni fakt  - tələbə yoldaşı danışdı
  28 Avqust 2014    Oxunub:13071
“Amilin ölümünün Sura ilə heç bir əlaqəsi yoxdur. Amil Suranı heç tanımırdı”.
Bunu AzVision.az-a açıqlamasında bir neçə gün öncə dənizdə boğularaq ölən Qafqaz Universitetinin tələbəsi Amil Əsgərovun qrup yoldaşı məlumat verib.

Adının açıqlanmasını istəməyən tələbə bildirib ki, müğənni Suranın intiharının Amil Əsgərovla heç bir bağlılığı yoxdur. Mətbuatda yazılan məlumatlar həqiqəti əks etdirmir.

“Biz Universitetdə eşitdik ki, Sura adlı qız intihar edib. Bizim Sura ilə heç bir əlaqəmiz olmayıb. Bizim korpus başqadır, onların korpusu başqa. Onlar pedaqoji korpusda oxuyurlar, bizim fakültəmiz dünya iqtisadiyyatıdır. Yəni, Amilin Sura ilə heç bir əlaqəsi ola bilməz. Amil xaricdə təhsil almağa hazırlaşırdı. Onun planları çox geniş idi. O heç vaxt intihar edə bilməzdi. Həyat eşqi ilə yaşayan bir insan idi. Lənkərana da istirahətə getmişdi”.

Tələbə yoldaşının sözlərinə görə, Amil Suradan bir gün sonra dünyasını dəyişib.

“Lap tutaq ki, Amil adlı biri ilə axırıncı dəfə danışıb, bəs yaxşı demirlər ki, bu Amilin familiyası yoxdur? Bu ölkədə bir Amil var elə? Həm Sura Amildən bir gün əvvəl intihar edib. 24-ü Sura intihar edib, 25- i 7-yə 20 dəqiqə işləmiş Amil boğulub”.

Qeyd edək ki, bu gün yerli mətbuatda müğənni Suranın intiharı ilə bağlı müxtəlif məlumatlar yayılır. Ehtimal edilib ki, intihardan öncə Suranın telefonuna zəng edən şəxs Amil Əsgərov olub.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti