Sumqayıtda özünü yandıranla bağlı rəsmi açıqlama

Sumqayıtda özünü yandıranla bağlı rəsmi açıqlama
  28 İyul 2015    Oxunub:2813
Sumqayıt şəhər prokurorluğu intihar hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az - a daxil olan məlumatda bildirilir ki, iyulun 24-də 1955-ci il təvəllüdlü Əliyev Məhəmməd Müzəffər oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilməklə M.Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Bildirilir ki, hadisə barədə Sumqayıt şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, “Azenko” ASC-də sürücü vəzifəsində işləmiş Məhəmməd Əliyev iyulun 24-də ASC-yə gələrək özü ilə gətirdiyi benzin yanacağını üstünə töküb özünü yandırıb. Məhəmməd Əliyev yanğınsöndürən balonla söndürüldükdən sonra xəstəxanaya çatdırılıb, lakin iyulun 27-də almış olduğu yanıq xəsarətlərindən yuxarıda qeyd edilən klinikada ölüb.


Teqlər:  





Xəbər lenti