Sumqayıtda intihara cəhd

Sumqayıtda intihara cəhd
  31 Oktyabr 2014    Oxunub:1077
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsizlik əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 12:50-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti