Sumqayıtda döyüş sursatı aşkarlanıb

Sumqayıtda döyüş sursatı aşkarlanıb
  29 Avqust 2015    Oxunub:1342
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərinin ərazisində döyüş sursatları aşkarlanıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçirərkən məlum olub ki, 1 ədəd tank əleyhinə kumulyativ mərmi, 1 ədəd qumbara atan və 1 ədəd reaktiv mərmi istifadəyə yararsız, lakin insan həyatı üçün təhlükəlidir. Ərazidə aşkar olunmuş digər mərmilər və gilizlər tam yararsız oldugu hesab edilib.

Insan həyatı üçün təhlükəli hesab edilən mərmilər mütəxəssislər tərəfindən təhlükəsiz ərazidə zərərsizləşdirilib. Əməliyyat saat 20:30-da başa çatıb.


Teqlər:





Xəbər lenti